Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Cavid Qurbanova məxsus “Yüksel Proje-Caspian” QSC nizamnamə kapitalını min dəfə azaldıldığını elan edib.
İndex.az xəbər verir ki, ilkin kapitalı 100 min manatdan 100 manatadək endirdiyini elan şirkət təşkilati-hüquqi formasını da dəyişmək niyyətindədir. Şirkət QSC-dən Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmək istəyir.
Şirkətin hazırda hüquqi ünvanı Bakı şəhəri, Seyid Əzim Şirvani, ev 1, m. 115, qanuni təmsilçisi isə Ayaz Əlibala oğlu Məmmədovdur. Ayaz Məmmədov Cavid Qurbanovun biznesini idarə edən şəxslərdən biridir. Belə ki, 2010-cu ildə qeydiyyatdan “Hat Trick” MMC adı ilə keçən və bir müddət sonra isə adını “Kotaz Aqro”ya dəyişən şirkətin ləğv olunması prosesini hüquqşünas Ayaz Əlibala oğlu Məmmədov aparıb. Həmçinin, “Silkkot Aqro” MMC-nin də ləğv olunmasında Ayaz Məmmədov iştirak edib.
“Yüksel Proje-Caspian” QSC 2010-ci ildə “Baltech İnvestment” MMC Türkiyənin “Yüksel Proje Uluslararası A.Ş” şirkəti ilə birgə təsis edib. 2012-2017-cı illərdə “Azəryolservis” ASC onu Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun yenidən qurulması layihəsinə texniki nəzarətçi kimi cəlb edib…
Mənbə – AzToday.az