Dövlətin 3 helikopteri bu qiymətə satışa çıxarılır

İndex.az xəbər verir ki, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin balansında olan helikopterlər 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start qiymətinin 10%-i həcmində beh ödəmiş) şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı balanssaxlayıcı təşkilat tərəfindən yaradılır.

Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud  e–emlak.gov.az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖEN)
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

S/N Balanssaxlayıcı müəssisənin adı Əlaqəli şəxs Helikopterin markası Buraxılış ili Start qiyməti (manatla) 10% beh (manatla)
1 Azərbaycan Hava Yolları QSC Arif Kərimli
+994552618333
Airbus Helicopters
EC-155B1
2005 1500000 150000
2 Azərbaycan Hava Yolları QSC Arif Kərimli
+994552618333
Airbus Helicopters
EC-155B1
2005 1500000 150000
3 Azərbaycan Hava Yolları QSC Arif Kərimli
+994552618333
Airbus Helicopters
EC-135P2
2009 1500000 150000