Bu il Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəməri (TAP ilə Türkiyə və Avropaya ümumilikdə 11 milyard kubmetr qaz nəql edilib.
İndex.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabında yazıb.
O bildirib ki, Türkiyə TANAP ilə 3,7 milyard kubmetr, cəmi 5,4 milyard kubmetr, Avropa isə 7,3 milyard kubmetr Azərbaycan qazı ilə təchiz olunub.