Bakıda ödənişli xidmətlər bahalaşıb

Bu ilin yanvar-iyul aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,1 % artaraq 2 milyard 860,2 milyon manat olub.

İndex.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 662,4 milyon manatlıq xidmət göstərilib.

Bu da xidmətlərin ümumi dəyərinin 93,1 %-ini təşkil edib.