“Elliott Advisors UK Limited” şirkəti İtaliyanın “Milan” futbol klubunu “RedBird Capital Partners”a satıb.
İndex.az xəbər verir ki, bu barədə komandanın rəsmi saytı məlumat yayıb.
Məlumata görə, alqı-satqı müqaviləsinin dəyəri 1.2 milyard avro təşkil edib.
Klubun yeni sahibinin təsisçisi Cerri Cardinale verdiyi açıqlamada bildirib ki, “Milan”ı Avropa və dünya futbolunun zirvəsində saxlamaq üçün qlobal idman və media şəbəkəsindən və bütün təcrübəsindən istifadə etməyə çalışacaq.
Qeyd edək ki, “Red BirdCapital Partners” amerika şirkəti bir neçə idman klubunun, ö cümlədən də “Liverpul”un sahibi olan “Fenway Sports Group”un investorudur.