Sumqayıtda təmir və abadlıq işlərinə 2 milyon manatdan çox xərc çəkiləcək

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyi asfalt örtüyünün təmiri (1) və abadlıq işlərinin görülməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

İndex.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “Everest Tikinti” və “Azərenerji Təchizat” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 1,372 milyon manat və 1,006 milyon manat, ümumilikdə 2,378 milyon manat ödəniləcək.