AZAL ixrac gəlirlərini 8 dəfə artırıb – 3,2 milyon qazanıb

Bu ilin yanvar-iyul aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) 3,2 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında qeyd edilir.

Məlumata görə, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,8 milyon ABŞ dolları və ya 8 dəfə çxodur.
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın ümumi ixracı 22,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,7 milyard ABŞ dolları təşkil edib.