Avroliqanın “ən zəngin” və “ən kasıb” klubları – SİYAHI

Məşhur “Transfermarket” saytı Avropa Liqasında çıxış edən klubların dəyərlərini açıqlayıb.

Avroliqada çıxış edən ən zəngin klub 743 milyon avroluq dəyər ilə “Mançester Yunayted”dir. İkinci sırada isə 647 milyon dəyərə sahib “Arsenal”dır. İlk “üçlüy”ü İtaliyanın “Roma” klubu qapayır. Paytaxt təmsilçisinin dəyəri 402 milyon avrodur.

Azərbaycanı Avroliqada təmsil edən “Qarabağ” isə bu turnirin üç ən kasıb klublarındandır. Ağdam klubunun dəyəri 14 milyon avro göstərilib. Moldovanın “Şerif” klubu da eyni dəyərə sahibdir.

Kiprin AEK klubunun 12 milyon, Finlandiyanın HİK komandasının isə 9 milyon avroluq dəyəri var.

Qarabağ”ın qrupunda yer alan “Olimpiakos”un 112 milyon avro, “Frayburq”un 150 milyon avro, “Nant”ın isə 94 milyon avroluq dəyəri var.

Qeyd edək ki, Avroliqanın qrup mərhələsində çıxış edən digər komandalardan 7-nin dəyəri 100 milyon avrodan, 6-nın isə dəyəri 200 milyon avrodan çoxdur.

Mənbə – Qafqazinfo