Uels şahzadəsi Diananın 1985-1988-ci illərdə istifadə etdiyi qara rəngli Ford Escort RS Turbo avtomobili hərracda 650 min funt-sterlinqə (1 289 431 AZN) alıcı tapıb.
İndex.az xarici mətbuata istinadən xəbər verir ki, “Silverstone Auction House” tərəfindən satışa çıxarılan avtomobil Böyük Britaniyadan olan alıcı tərəfindən alınıb.
Xatırladaq ki, şahzadə Diananın istifadə etdiyi başqa bir Ford modeli avtomobil 2021-ci ilin iyun ayında hərracda 52 min funt-sterlinqə (103 148 AZN) satılmışdı.
Qeyd edək ki, Britaniya mətbuatının daima yaxından izlədiyi şahzadə 31 avqust 1997-ci ildə Parisdə tuneldə yol qəzasında dünyasını dəyişib. 36 yaşlı Diananın həyatını itirdiyi qəza paparassilərin onu izlədiyi anda baş verib və paparassilər tərəfindən lentə alınıb.