“Baku Electronics” işçilər yığır

Kredit Mütəxəssisi (Lənkəran)

Son tarix 04 sen 2022 – [email protected]

Xüsusi Tələblər:

  • Təhsil: Ali;
  • MS Excel və MS Word proqramları ilə sərbəst işləmək bacarığı;
  • Analitik düşüncə;
  • Müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi hesablama bacarığı;
  • İş təcrübəsi: 1 ildən az.

Vəzifə öhdəlikləri:

  • Müştərilərin nisyə alış üçün müraciətlərini qəbul və analiz etmək;
  • Müştərilərə məhsulların nisyə alış şərtləri, ödəniş vaxtları və imkanları ilə bağlı ətraflı məlumat vermək;
  • Daxil olan müraciətlərin vaxtında icra olunmasını və müvafiq sənədlərin tərtibatını təmin etmək;
  • Nisyə məhsul satışı üçün tələb olunan sənədlərin və məlumatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu yoxlamaq;
  • Nisyə satış müqaviləsinin şərtləri barədə müştərilərə məlumat vermək;
  • Nisyə satış müqaviləsini hazırlamaq üçün müştəri barəsində məlumat və sənədləri əldə etmək;
  • Müştəriyə nisyə məhsul satış zamanı aylıq ödəniş məbləğini hesablamaq və müqavilənin bağlanmasını təmin etmək;
  • Müştəri və müqavilə məlumatlarını əməliyyat proqramına daxil etmək.

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini  mövzu hissəsində “Kredit Mütəxəssisi” (Lənkəran) qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

Mağaza əməliyyat mütəxəssisi (Lənkəran)

Son tarix 04 sen 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Ümumi satış hədəflərinin yerinə yetirilməsi üçün mağazada əməliyyatlarla bağlı işləri icra etmək, koordinasiya etmək və işlərə nəzarət etmək;
  • Mağaza üzrə anbar və xəzinə ilə əlaqəli olan bütün növ əməliyyatların cari vəziyyətini izləmək və problemləri həll etmək;
  • Mağaza üzrə anbar və xəzinə ilə bağlı gündəlik əməliyyatlar haqqında hesabatlar hazırlamaq;
  • Əməliyyatların icra statusu ilə bağlı məlumat bazasının daim yenilənməsini təmin etmək;
  • Sənədləşmə işinin aparılması, müvafiq qaydada sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək;
  • Mağazalarda əməliyyatlarla bağlı xidmət səviyyəsinin artırılması istiqamətində işlər görmək;
  • Satış analizlərini aparmaqla məhsul kateqoriyaları üzrə müvafiq şəxslərə məlumat vermək;
  • Mağazada satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək və işin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək.

Tələblər:

  • Müvafiq sahə üzrə iş təcrübəsi üstünlükdür;
  • Azərbaycan dilini əla səviyyədə bilmək;
  • Operativlik və gərgin iş rejimində işləmək bacarığı;
  • MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə bacarığı;
  • Analitik düşüncə və təhlil bacarığı;
  • Şifahi və yazılı formada yüksək ünsiyyət bacarığı;
  • Problemləri effektiv şəkildə həll etmək;
  • Məsuliyyətlilik, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

Müvafiq   tələblərə  uyğun  olan namizədlər CV-lərini  mövzu  hissəsində “Mağaza əməliyyat mütəxəssisi” (Lənkəran) qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

Mağaza Satış Meneceri (Lənkəran)

Son tarix 04 sen 2022 – [email protected]

Xüsusi tələblər:

  • Satış sahəsində minimum 2 il iş təcrübəsi;
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Problemləri effektiv şəkildə həll etmək;
  • Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik;
  • Müştərilərə xidmət qaydalarını və metodlarını, satış psixologiyasını və prinsiplərini bilmək;
  • İdarəetmə və təşkilatçılıq bacarıqları.

Vəzifə öhdəlikləri:

  • Mağazanın daxili fəaliyyətlərini gündəlik olaraq tənzimləmək və satışla bağlı bütün əməliyyatlara nəzarət etmək;
  • Mağazada şirkət standartlarının və satış keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
  • Mağaza üzrə satış hesabatlarını, gündəlik, həftəlik və aylıq olaraq hazırlamaq və təqdim etmək;
  • Mağaza əməkdaşlarının daxili nizam-intizam qaydalarına riayət etməsinə daim nəzarət etmək;
  • Mağazanın satış həcmini və işçilərin xidmət keyfiyyətini artırmaq üçün lazımi işləri yerinə yetirmək;
  • Gündəlik satış müşahidələri və həftəlik satış görüşləri keçirməklə pərakəndə satış komandası üzvlərini inkişaf etdirmək və öyrətmək;
  • Gündəlik olaraq satışa nəzarət etmək və satış üzrə qoyulan hədəflərə çatmaq üçün müvafiq tədbirlər görmək;
  • Mağazadakı satış komandasının istiqamətləndirilməsi və idarə olunması üzrə gündəlik toplantılar keçirmək və onlara tapşırıqlar vermək;
  • Satışları artırmaq və gündəlik tapşırıqları yerinə yetirmək üçün bütün işçilərin idarə edilməsini təmin etmək;
  • Satış hədəflərini komanda üzvləri arasında bölüşdürmək və icrasını təmin etmək;
  • Sənədləşmə işinin aparılması, müvafiq qaydada cari əməliyyatların, hesabatların, sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək.

Müvafiq   tələblərə  uyğun  olan namizədlər CV-lərini  mövzu  hissəsində “Mağaza Satış Meneceri” (Lənkəran) qeyd etməklə elektron ünvanına göndərə bilərlər.