“Aztelekom” sektor müdiri və aparıcı mütəxəssis axtarır

Korporativ seqment üzrə satış sekrotunun müdiri

Son tarix 04 sen 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

Sektor müdirinin əsas öhdəliyi birbaşa rəhbərin nəzarəti altında  “Aztelekom” MMC-də  “Satış və Xidmət” prosesini və ona aid olan bütün sənədləri yaradıb, daim təkmilləşdirməyindən və prosesə riayət edilməsindən ibarətdir;

  • Korporativ segment üzrə satış sekrorunun iş prosesini təşkil edir;
  • “Aztelekom” MMC tərəfindən  korporativ müştərilərə xidmət/məhsulların satışını həyata keçirdir və bununla gəlirləri artırır;
  • Yeni korporativ müştəriləri cəlb edir, məhsulların xüsusiyyətləri barədə ətraflı məlumat verir və və seçimdə dəstək göstərir;
  • Xidmət/məhsullarla bağlı təbliğat işlərini aparır;
  • Qoyulan hədəflərə çatmaq üçün səlahiyyət çərçivəsində addımlar atır;
  • Sektorun rüblük, yarımillik və illik işini təhlil edir, fəaliyyəti barədə  birbaşa rəhbərinə  hesabat verir;
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir;
  • Müştərilərin şəxsi məlumatı ilə bağlı ciddi məxfiliyə riayət edir;
  • Sektor müdirinin tabeçiliyində olan işçilərə rəhbərlik edir, onların arasında iş yükünü səmərəli paylaşdırır;
  • Tabeçiliyində olan işçilərin fəaliyyətini bir başa rəhbərin nəzarəti altında qiymətləndirir və zəruri hallarda Kadrların İnkişafı və Qiymətləndirməsi Şöbəsi ilə birgə onlar üçün Fərdi İnkişaf Planı hazırlayır;
  • Tabeçiliyində olan “İşçiləri” tərəfindən öz vəzifə öhdəlikləri və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görür;
  • Departamentin digər struktur  bölmələri ilə  birgə fəaliyyət göstərir;
  • Yetkinlikləri və səlahiyyətləri çərçivəsində yeni (öz sahasinə aid) Qaydaların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların tərtibatında iştirak edir;

Kvalifikasiya üzrə tələblər:

  • Ali  Təhsilli;
  • Korporativ Satış sahasində minimum 3 il təcrübəsi olmalıdır;
  • İT/ Telekom sahəsində təcrübə arzuolunandı;
  • Rəhbərlik üzrə minimum 1 il əmək stajına malik olmalıdır;
  • Müasir Telekommunikasiya trendlərini bilməlidir;
  • Azərbaycan,  Rus və İngilis dillərini mükəmməl bilməlidır;
  • Kreativ və yeni texnologiyalara dair qabaqcıl satış təcrübələrinin tədqiqat aparılması bacarığına malik olmalıdır;
  • Biznes və maliyyə üzrə anlayışı olmalıdır;
  • Müxtəlif növ hesabatların fərqli formatlarda təqdim etmə bacarığına malik olmalıdır;
  • Öz sahəsi  üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
  • Azərbaycan Respublikasının Konstitusiyası üzrə baza biliklərə malik olmalıdır;
  • Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir;
  • Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
  • Kompyuter bilikləri: MS Office programlarını mükəmməl bilməlidir;
  • Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin  əsaslarını bilməlidir.

Bacarıqlar:

  • İdarəetmə;
  • İşgüzar yazışma;
  • Qərarvermə;
  • Analitik düşüncə;
  • Mükəmməl ünsiyyət;
  • Təşəbbüskar və yaradıcı olması;
  • Liderlik;
  • Stresə davamlı;
  • Təşkilatçılıq və təqdimat bacarıqlarına malik olmalı;

İş şəraiti:

  • Həftədə 5 iş günü, 2 gün istirahət;
  • İş saatları 09.00-18.00
  • Əmək haqqı namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini  mövzu  hissəsində “Korporativ seqment üzrə satış sekrotunun müdiri” vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

 

Aztelekom

Korporativ seqment üzrə satış sekrorunun aparıcı mütəxəssisi

Son tarix 04 sen 2022  – [email protected]

Vəzifə öhdəlikləri:

  • “Aztelekom” MMC tərəfindən  korporativ müştərilərə xidmət/məhsulların satışını həyata keçirdir və bununla gəlirləri artırır;
  • Yeni korporativ müştəriləri cəlb edir, məhsulların xüsusiyyətləri barədə ətraflı məlumat verir və və seçimdə dəstək göstərir;
  • Xidmət/məhsullarla bağlı təbliğat işlərini aparır;
  • Qoyulan hədəflərə çatmaq üçün səlahiyyət çərçivəsində addımlar atır;
  • Hesabatlar hazırlayır;
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir;
  • Müştərilərin şəxsi məlumatı ilə bağlı ciddi məxfiliyə riayət edir;
  • Departamentin digər struktur  bölmələri ilə  birgə fəaliyyət göstərir;
  • Yetkinlikləri və səlahiyyətləri çərçivəsində yeni (öz sahasinə aid) Qaydaların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların tərtibatında iştirak edir;

Kvalifikasiya üzrə tələblər:

  • Ali  Təhsilli;
  • Satış sahəsində (korporativ satış arzuolunandır) minimum 1 il əmək stajına malik olmalıdır;
  • Azərbaycan, Rus dillərini mükəmməl bilməlidır,  İngilis dili arzuolunandır;
  • Peşəkar ünsiyyət psixologiyasını bilməsi arzuolunandı;
  • Stressə davamlı olmalıdır;
  • İnsanları inandırmaq vasitələri bilməlidir;
  • Müştərini diqqət mərkəzində saxlamalıdır;
  • Sürətli templi mühitlərdə çalışmağı bacarmalıdır;
  • Marketinq əsasları ilə tanış olmalıdır;
  • Kompyuter bilikləri üzrə: MS Office (xüsusi ilə Exel) programlarını mükəmməl bilməlidir;
  • Azərbaycan Respublikasının Konstitusiyası üzrə baza biliklərinə malik olmalıdır;
  • Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.

Bacarıqlar:

  • İşgüzar yazışma;
  • Təşəbbüskar;
  • Təqdimat etmə;
  • Əməkdaşlıq etmə;
  • Mükəmməl yazılı və şifahi ünsiyyət;
  • Komandada işləmək;
  • Stresə dözümlü;

İş şəraiti:

  • Həftədə 5 iş günü, 2 gün istirahət;
  • İş saatları 09.00-18.00
  • Əmək haqqı namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini  mövzu  hissəsində “Korporativ seqment üzrə satış sekrorunun aparıcı mütəxəssisi” vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər.