Mexanika Layihə Mühəndisi
Tələblər:
- Ali təhsil müvafiq sahədə;
- Bu sahədə minimum 3 il iş təcrübəsi;
- MS Office proqramları (Word, Excel, PowerPoint, Outlook), Auto CAD;
- Dil bilikləri: Azərbaycan dili- əla;
- Layihələndirmə,texniki hesabatların hazırlanması, forma 2 yoxlama bacarığı, işçi layihələrinin hazırlanması.
- Ünsiyyətcil və komanda ilə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Memari layihələrin düzgün oxunub analiz edilməsi;
- İsitmə,soyutma,havalandırma hesabatlarını apara bilmək və işçi layihəsini çəkmək;
- Avadanlıqların düzgün seçilməsini bacarmaq – bu sahədə texniki biliyə sahib olmaq;
- Layihə üzrə istifadə olunacaq mal materialın siyahısın hazırlamaq;
- Çəkdiyi layihə üzrə icra edilən işləri yerində yoxlamaq.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Mexanika Layihə Mühəndisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.