“Grand Agro” işçi axtarır

İş icraçısının köməkçisi

Son tarix 04 sen 2022 – Müraciət et

Təsvir:

  • Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma, qaydalarına, texniki şərtlərə, layihə, və digər normativ sənədlərə uyğun təşkil etmək.
  • Layihəyə uyğun, texniki tələbləri nəzərə almaqla materialların sifariş olunması və onların layihəyə uyğun istifadə olunmasını nəzarətdə saxlamaq
  • Hörgü-suvağ işləri, dəmir-beton qəlib işləri, mövcud bina və qurğularda tikinti təmir bərpa işləri, rəngsazlıq işləri, hasarlama və abadlaşdırma işləri, dam örtüyü və metal konstruksiyaların quraşdırma işləri, su izoliyasiya işlərinin yerinə yetirilməsinin təşkili.
  • Tabeçiliyindəki işçilərə işin təhlükəsiz yerinə yetirilməsi metodları ilə tanış edir, bilavasitə iş yerlərində onları təlimatlandırır və bu barədə təlimat keçməsi üzrə xüsusi jurnalda qeydlər aparmaq.
  • Karyer ərazilərində monitorinqlərin aparılması və monitorinq aktının hazırlanması
  • İşlərin texniki təhlükəsilik qaydalarına əməl olunaraq yerinə yetirilməsinə nəzarət etmək.

Tələblər:

  • Təhsil : Orta ixtisas və ya ali (İnşaat mühəndisliyi)
  • Təcrübə: Minimum 1-3 il
  • Dil bilikləri: Azərbaycan Dili
  • İT üzrə biliklər: Microsoft Excel, Autocad, MS Office və 1C

Texniki Bacarıqlar:

  • Tikintinin ümumi əsasları haqqında biliklər
  • Layihə-smeta sənədlərini təhlil etmək bacarığı
  • Topoqrafiya barədə biliklər
  • Tikinti norma və qaydalarını tətbiq etmə bacarığı

Səriştəliklər:

  • İşlərin paylanması (deleqasiyası)
  • Dürüstlük və etibarlılıq
  • Məsuliyyət və hesabatlılıq
  • Problem həll etmə və proaktivlik
  • Effektiv planlama və icraetmə
  • Komanda işi

Sosial imtiyazlar:

  • Nahar təminatı
  • Nəqliyyat
  • Sınaq müddəti bitdikdə
  • Könüllü tibbi sığorta proqramına qoşulma