Dövlət Gömrük Komitəsində daha 2 yüksək vəzifəli şəxs işdən azd edilib.
İndex.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsini icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun əmri ilə “Azərterminalkompleks” İstehsalat Birliyinin rəis müavini Zeynal Tarquluyev və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin şöbə rəisi Rəfail Niftəliyev vəzifəsindən azad edilib.
“Unikal”ın əldə etdiyi məlumata görə, hər iki şəxs DGK-nin keçmiş sədri Mehdiyevin yaxın qohumları – Zeynal Tarquluyev Səfər Mehdiyevin qaynı, Rəfail Niftəliyev isə baldızı oğludur.