2025-ci il üzrə artım gözləntiləri aşağı salınıb

Avropa Mərkəzi Bankının (AMB) Peşəkar Proqnozçılar Sorğunun iştirakçıları gələn il Avrozonada iqtisadi artım gözləntilərini aşağı salıblar.

İndex.az xəbər verir ki, üçüncü rübün sorğu nəticələri ilə müqayisədə, ötən rüb üçün inflyasiya proqnozunda dəyişiklik baş verməyib.

Gələn il üçün proqnozda isə 0,1 bənd aşağı yönlü azalma qeyd edilib.

Sorğuda orta uzunmüddətli inflyasiya proqnozları dəyişməyərək 2% səviyyəsində qalıb.