Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə Vətən Müharibəsi qazisi Elvin Cəfərovun özünü yandıraraq intihara cəhd etməsi geniş müzakirələrə səbəb olub.
Ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilən 35 yaşlı qazi ötən gecə dünyasını dəyişib.
İndex.az xəbər verir ki, bütün bu baş verənlər fonunda tanınmış Qarabağ qazisi Rey Kərimoğlu qazilərlə bağlı yeni təklif irəli sürüb:
“Şəhid ailələri, Qazilər, veteranlar və hərbçilərlə iş üzrə dövlət komitəsi yaranmalıdır! Başqa çıxış yolu görmürük”.
Eyni zamanda, sosial şəbəkələrdə Vətən Müharibəsi bitəndən bu günə qədər 35 qazinin intihar etdiyi bildirilir.