Risklərin İdarə Edilməsi Departamentinin Direktoru
Əmək haqqı – razılaşma yolu ilə
Staj – azı 3 il
İş barədə məlumat:
- Bankın strategiyasının hazırlanmasında iştirak etmək, rəhbərlik etdiyi sahələr üzrə fəaliyyət planlarının icrasını təmin etmək;
- Rəhbərlik etdiyi şöbələrin fəaliyyətini koordinasiya etmək, onlara bilavasitə nəzarəti həyata keçirmək;
- Tabeçiliyində olan əməkdaşların əmək funksiyalarını (vəzifə təlimatını) müəyyən etmək, onları qiymətləndirmək;
- Beynəlxalq praktika, yerli qanunvericilik və daxili qaydalara əsasən Bankın risk strategiyasını, risk siyasətini və risk xəritəsini hazırlamaq, risklərin idarə olunması üzrə mütərəqqi sistemin yaradılmasını təmin etmək;
- Müşahidə Şurası, İdarə Heyəti və Risklərin İdarə Edilməsi Komitəsinin (RİEK) müxtəlif tapşırıqlarını icra etmək, onların dövrü iclasları üçün müvafiq sənədlərin (hesabatların) hazırlanmasını təmin etmək;
- Baş Risk İnzibatçısının ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirir.
Namizəd üçün tələblər:
- • Ali iqtisadi (maliyyə, uçot, audit, biznes və s.) təhsilin olması. Xüsusi sertifikatı (FRM, CFA, CPA, CIA və s.) olanlara üstünlük verilir;
- • Ən azı 3 (üç) il bank və ya kredit təşkilatında risk sahəsində rəhbərlik (struktur) təcrübəsi;
- • İngilis dilində yazma, oxuma və danışma bacarığının olması; (o cümlədən, yaxşı səviyyədə Rus dili)
- • Beynəlxalq maliyə instituları ilə əməkdaşlıq etmə bacarığı;
- • Analitik düşüncə və müxtəlif hesabatları təhlil etmə bacarığı;
- • Makro və mikro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı;
- • İşə yaradıcı yanaşmaq, yeni ideyaları yaratmaq və yeni ideyaları stimullaşdırmaq bacarığı;
- • Liderlik və işçi heyətini idarəetmə bacarığı;
- • Dəqiq planlaşdırma və ciddi nəzarət etmək qabiliyyəti;
- • MS Office proqramlarında işləyə bilmək qabiliyyəti.