“Araz” supermarketdəki saxta endirimin üstü belə açıldı

Bakıda marketlərdə ərzaq məhsullarında süni qiymət artımı müşahidə edilir.

İndex.az xəbər verir ki, bununla bağlı sosial media istifadəçiləri paylaşım ediblər:

“Araz Supermarketlərində 12 manat qiyməti olan kolbasa guya 7.79-a endirimə düşüb. Halbuki həmin kolbasanın qiyməti hər zaman 7.79 olub”.

Qiyməti digər marketlərlə müqayisə edən xanım həmin kolbasanın Bravo-da endirimsiz 7.79 olduğunu çəkərək, paylaşıb.

Qeyd edək ki, son günlər sosial mediada qiymət artımı, bahalaşma ilə bağlı tez-tez paylaşımlar edilir.

Mənbə – Bakupost.az