AZAL-ın İstanbul-Bakı reysi gecikir

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün həyata keçirilməli olan İstanbul-Bakı (J2-076) reysi gecikir.

İndex.az AZAL-a istinadən xəbər verir ki, buna səbəb təyyarənin kondisioner sistemi ilə bağlı yaranmış problemdir.

Sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq lazımi əşyalarla təmin olunacaqlar.