Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 340 milyon dolları ötüb

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 340 milyon dolları ötüb.

İndex.az xəbər verir ki, bunu AZPROMO rəhbərinin müşaviri Zöhrab Qədirov Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda deyib.

Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə artıb.