Rusiyanın “Lukoil” (“Lukoyl”) şirkətinin vitse-prezidenti Leonid Fedun ailə vəziyyəti və təqaüd yaşına çatması səbəbindən iyunun 27-də vəzifəsini tərk edir.
İndex.az xəbər verir ki, bu barədə şirkətdən bildiriblər.
“Bu gündən etibarən “Lukoil” PJSC-nin strateji inkişaf üzrə vitse-prezidenti vəzifəsində çalışmış Leonid Fedun təqaüd yaşına çatması və ailə vəziyyəti ilə əlaqədar vəzifəsini tərk edir”,- məlumatda deyilir.
Bu yazda “Lukoyl”un prezidenti və təsisçisi Vahid Ələkbərov şirkəti tərk edib və bunu ona qarşı şəxsi sanksiyaların tətbiqi ilə izah edib.
“Lukoyl”un rəhbəri Vadim Vorobyov Leonid Fedun şirkətin tarixində və inkişafında əsas şəxslərdən biri adlandırıb və onun da əməyi sayəsində “Lukoyl” dünya yanacaq-energetika kompleksində ən böyük şirkətlərdən birinə çevirib. “O, sənayedə bir çox mühüm hadisələri qabaqcadan görürdü. Mən bütün komandamız adından Leonid Arnoldoviçə uzun illər birgə fəaliyyətinə görə təşəkkür etmək istəyirəm, həmçinin ona yeni işlərində uğurlar arzulayıram”, – Vorobyov deyib.