Maliyyə analizi üzrə baş mütəxəssis (Bakı və bölgə)
Son tarix 16 iyl 2022 – [email protected]
Namizədə aid tələblər:
-
Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
-
Aidiyyatı sahə üzrə minimum 3 illik iş təcrübəsi;
-
Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli;
-
Yüksək analitik qabiliyyət və problem həll etmə bacarığı;
-
Ezamiyyətlərə hazır olmalı (ölkədaxili və ölkəxarici);
-
Təzyiqaltında çalışa bilməli;
-
Eyni vaxtda bir neçə işə fokuslana bilməli;
-
Rus və İngilis dillərini yaxşı səviyyədə bilməli;
-
Beynəlxalq mühasibatlıqla bağlı olan sertifikatların (ACCA F3, F7) olması əlavə üstünlükdür .
İş haqqında məlumat:
-
Maliyyə cədvəllərinin hazırlanması;
-
Pərakəndə müəssisələrdən gələcək olan raportlara əsasən data analizi aparılması;
-
Maliyyə ehtiyatlarının və maliyyə xərclərinin analiz edilməsi;
-
Maliyyə cədvəlləri vasitəsilə layihə mənfəətinə təsir edən amillərin qarşısının alınması;
-
Maliyyə ehtiyatlarının yetərli olub-olmamadığını müəyyən etmək üçün maliyyə nisbətlərin hesablanması;
-
Maliyyə riskinin müəyyən edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına “Maliyyə analizi üzrə baş mütəxəssis ( Bakı və ya bölgə)“ başlığı ilə göndərə bilərlər.
Baş mühasib (Bakı və bölgələr)
Son tarix 16 iyl 2022 – [email protected]
Namizədə aid tələblər:
-
Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
-
Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi;
-
Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
-
Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
-
Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
-
MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
-
ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli
İş haqqında məlumat:
-
Vergi, statistika və DSMF hesabatların hazırlanması;
-
Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
-
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
-
Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
-
Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
İş yeri: Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına “Baş mühasib (Bakı və ya bölgə)“ başlığı ilə göndərə bilərlər.