Türkiyədə evlərin ən çox bahalaşdığı şəhərlər – SİYAHI

May ayında Türkiyədə qiymətlərin illik ifadədə ən çox bahalaşdığı ərazilər məlum olub.

İndex.az xəbər verir ki, mayın sonuna olan məlumata görə, Türkiyədə evlərin və mənzillərin qiyməti lirə ilə ifadədə son bir ildə 72% artıb.Türkiyənin Endeksa qiymətləndirmə platformasının məlumatlarına görə, mayın sonuna Türkiyədə evlərin orta qiyməti 540 dollar/kvadratmetr, investisiyanın geri qayıtma müddəti isə 17 il təşkil edir.«Endeksa»nın məlumatına görə, son bir ildə qiymətlərin ən çox yüksəldiyi ərazilər Antalya, İstanbul və Mersin olub. Antalyada qiymətlər 110% yüksəlib, burada mənhzillərin 1 kvadratmetrinin orta qiyməti 770 dollar təşkil edir. İstanbulda qiymət artımı 109% təşkil edib, burada orta qiymət 910 dollardır. Mersində isə illik qiymət artımı 194% təşkil edib. Orta qiymət artımı isə 460 dollardır.«Endeksa»nın baş direktoru Görkem Hgüt bildirib ki, ötən illə müqayisədə bu il Türkiyədə əmlak satışı 2 qat artıb. Satışların sürətlə artdığı bir vaxtda satılan əmlakların arasında yeni tikililərin payı azalır. Bunun səbəbi tikintinin bahalaşmasıdır.