“AzerGold”a işçilər tələb olunur

AzerGold CJSC

Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsində aparıcı mütəxəssis

Son tarix 23 iyul 2022 – Müraciət et

Əsas vəzifə və öhdəliklər:

  • Şöbənin fəaliyyətinin təşkilində iştirak etmək, zəruri olan arayış və məlumatlar hazırlayaraq aidiyyatı üzrə təqdim etmək;
  • Şirkətin strateji biznes planlaşdırılması prosesində iştirak etmək;
  • Dünyada mədən sənayesində baş verən yeniliklər və inkişaf istiqamətlərini mütəmadi izlənmək və bu yeniliklərin Cəmiyyətdə tətbiqinə dair təkliflərin hazırlanmasında iştirak etmək;
  • Sahə üzrə strateji araşdırmaların aparılmasının təmin edilməsində iştirak etmək;
  • Sahənin inkişafı ilə bağlı strateji əməkdaşlıqların yaradılması, tərəfdaşların tapılmasının təmin edilməsində iştirak etmək;
  • Qiymətli və nəcib metalların dünya bazarındakı qiymətinin və digər önəmli xəbərlərin təhlil edilməsində iştirak etmək;
  • Şirkətin fəaliyyətinin iqtisadi səmərəliliyinin təhlil edilməsi və səmərəliliyin artırılması üçün müvafiq təkliflərin verilməsində iştirak etmək;
  • Cəmiyyətin qısa, orta və uzunmüddətli məqsədlərinin planlaşdırılmasında və bu məqsədlərə çatmaq üçün görüləcək işlərin təhlil edilməsində iştirak etmək;
  • Xarici şirkətlərlə biznes əməkdaşlıqlarının qurulmasında və inkişafında iştirak etmək;
  • Aidiyyatı üzrə yeni investisiya layihələri üzrə aparılacaq təhlillərdə iştirak etmək;
  • Yeni biznes imkanlarına dair təhlillərin aparılması və təkliflərin hazırlanmasında iştirak etmək;
  • Yataqların istismarı istiqamətində dünya praktikası və mövcud vəziyyəti nəzərə alaraq alternativ biznes modellərinin dəyərləndirilməsində və müvafiq təkliflərin verilməsində iştirak etmək;
  • Aidiyyatı üzrə layihələrlə bağlı texniki hesabatların təhlilində iştirak etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;
  • Dil və kompüter bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı), Microsoft Office və digər proqramlar
  • Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • İqtisadiyyat, maliyyə, mühəndislik ixtisasları üzrə ali təhsil;
  • Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.

 

Torpaq işləri və yerin təkindən istifadə sektorunda baş mütəxəssis

Son tarix 23 iyul 2022 – – Müraciət et

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Azərbaycan milli qanunvericiliyi (xüsusilə yerin təkindən istifadə, mədənçilik, torpaq qanunvericiliyi) üzrə ümumi biliklərə malik olmalı;
  • Torpaqların təyinatının dəyişdirilməsi, torpaqların dövlət ehtiyacı üçün alınması sahəsində müvafiq təcrübəyə malik olmalı;
  • Torpaqların alqı-satqısı, icarəyə və ya istifadə verilməsi, həmçinin torpaq sahəsi üzərində bu hüquqların dövlət qeydiyyatına alınması sahəsində müvafiq təcrübəyə malik olmalı;
  • Yerin təkindən istifadə üzrə (geoloji və geoekoloji öyrənmə, geoloji və dağ-mədən ayırma, faydalı qazıntıların çıxarılması və s.) müvafiq razılıq və icazələrin alınması sahəsində təcrübəyə malik olmalı;
  • Yerin təkində və onun müvafiq sahələrinin səthində fəza-həndəsi ölçmələrin (markşeyder planalması) aparılması bacarığına malik olmalı;
  • Qlobal Mövqeləndirmə Sistemi (GPS) ilə işləmə bacarığı olmalı;
  • Coğrafi İnformasiya Sistemi (GİS) – coğrafi məlumatları özündə cəmləşdirən verilənlər bazasının yaradılması sahəsində bacarığa malik olmalı;
  • Yüksək induktiv və analitik təhlil etmə bacarığına malik olmalı;
  • İş prosesində dəqiqlik və detallara fikirvermə qabiliyyətinə malik olmalıdır;;
  • İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
  • Operativlik, gərgin iş rejimində işləmək, problemləri həll etmə, qərarvermə və təşkilatçılıq bacarığı;
  • Komanda da işləmək bacarığı, şəxsi və peşəkar inkişafa meyillilik;
  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis və rus dilləri arzuolunandır;
  • Komputer bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil;
  • Müvafiq sahəyə uyğun sertifikatların olması arzuolunandır;
  • Minumum 2 il müvafiq sahədə iş təcrübəsi;

Təmir – tikinti və energetika şöbəsində elektromexanik

Son tarix 23 iyul 2022 – Müraciət et

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Xüsusilə generator və idarəetmə panellərinə xidmət göstərmək;
  • Servis işlərini həyata keçirtmək;
  • Aidiyyəti üzrə əməliyyat prosesinə nəzarət etmək;
  • Avadanlıq və ona bağlanmış aqreqat sxemlərinə, texnoloji prosesin avtomatik tənzimlənməsinə nəzarət edilməsində iştirak etmək;
  • Yarımstansiyanın elektrik avadanlığının, texnoloji maşınların, avtomatika və telemexanika cihazlarının mürəkkəb sxem və qurğularının yoxlanılması və qüsurların aradan qaldırılmasını təmin edilməsində iştirak etmək;

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Orta ixtisas/ilk peşə təhsilinin olması arzuolunandır.
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.

 

Təmir – tikinti və energetika şöbəsində avtomatika üzrə elektrik

Son tarix 23 iyul 2022 – Müraciət et

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Xüsusilə mürəkkəb qoşma sxemli güc və işıqlandırıcı qurğulara xidmət göstərmək;
  • İdarə yarımstansiyalarında, transformator elektrik yarımstansiyala-rında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişilməsini təmin etmək;
  • Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloji prosesin avtomatik tənzimlənməsi ilə avadanlığa xidmət göstərmək;
  • Elektrik avadanlıqlarının carı və əsaslı təmir qrafikindəki işlərin nöqsansız yerinə yetirilməsinə təşkil etmək;
  • İşəburaxma avadanlıqları və onların inteqallarının iş pirinsipi;
  • Maqnit işəburaxıcılar, aralıq releləri,gərginlik, cərəyan və zaman relelərinin quruluşu və iş pirinsipi;
  • Prinsipal elektrik sxemlərinin oxunması,qüsurlarının aşkarlanması və aradan qaldırılması;
  • Texnoloji proseslərin idarə olunmasında istifadə olunan elektromaqnit klapanlar,elektromaqnit muftalar və digər elektromaqnit qurğuların quruluşunu və iş pirinsiplərini bilməlidirlər;
  • Müasir idarəetmə qurğuları üzərindən əməliyyatların (kontrollar,PLC və.s) icra olunması;
  • Transformatorların quruluşu,iş pirinsipini bilməlidirlər;
  • Elektromexanika idarəetmə cihazlarının tərkibi,detalları (diodlar,tristorlar,tranzistorlar və.s) barədə məlumatlı olmalıdırlar;

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Orta ixtisas/ilk peşə təhsilinin olması arzuolunandır.
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.

Təmir – tikinti və energetika şöbəsində elektrik

Son tarix 23 iyul 2022 – Müraciət et

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • İkinci kommunikasiya və adi rele müdafiəsi: maksimal, cərəyan, differensial və s. sxemlərinin sökülməsi və quraşdırılmasında iştirak etmək;
  • İdarə yarımstansiyalarında, transformator elektrik yarımstansiyala-rında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişilməsində iştirak etmək;
  • Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloji prosesin avtomatik tənzimlənməsi ilə avadanlığa xidmət göstərmək;
  • Yarımstansiyanın elektrik avadanlığının, texnoloji maşınların, avtomatika və telemexanika cihazlarının mürəkkəb sxemini, qurğuları yoxlamaq və qüsurları aradan qaldırmaq;
  • Elektron idarəetmə sxemli qaynaq avadanlığına, həmçinin yüksək tezlikli lampa generatorlarına xidmət göstərmək;
  • Elektromaqnit idarəetmə sistemli cərəyan və gərginlik üzrə əks-rabitəli aqreqat və dəzgahların elektrik avadanlığına xidmət göstərilməsini təmin edilməsində iştirak etmək;
  • Şəbəkənin və elektrik avadanlıqlara olan xidməti təhlükəsiz yerinə etmək;
  • Elektrik avadanlıqlarının carı və əsaslı təmir qrafikindəki işlərin nöqsansız yerinə yetirilməsinin təşkil edilməsində iştirak etmək;
  • Elektrik mühəndisinə aşkarlanmış nöqsanlar, habelə görülən işlər barədə məlumat vermək;

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Orta ixtisas/ilk peşə təhsilinin olması arzuolunandır
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.

Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsidə ekoloq

Son tarix 23 iyul 2022 – Müraciət et

Əsas vəzifə və öhdəliklər:

  • Ətraf mühitin mühafizəsi qaydalarının tətbiq edilməsi və inkişaf etdirilməsi;
  • Ekoloji pozuntuların müəyyənləşdirilməsi və həll edilməsi;
  • Çirklənmə səviyyəsini müəyyən etmək üçün müntəzəm ekoloji yoxlamaların və monitorinqlərin aparılması;
  • Ekoloji qəzaların araşdırılması və yenidən baş verməməsi üçün həll yollarının təklif edilməsi;
  • Tullantıların idarə olunması;
  • Ətraf mühitin mühafizəsinə dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması üçün təlim proqramlarının hazırlanması və təlimlərin keçirilməsi.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
  • İstehsalat sahələrində ətraf mühitin mühafizəsi normalarını, İSO 14001 beynəlxalq standarlarının tələblərini, tullantıların qanunvericiliyə və beynəlxalq standartların tələbinə əsasən idarə olunması qaydalarını bilməli;.
  • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri yaxşı, Microsoft Office proqramlarını bilməli.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil (müvafiq sahə üzrə);
  • Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.

Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsində baş mütəxəssis

Son tarix 23 iyul 2022 – – Müraciət et

Əsas vəzifə və öhdəliklər:

  • Cəmiyyətin strateji, taktiki və investisiya planlarının hazırlanması və təhlil edilməsi;
  • Layihə planlama işlərinin həyata keçirilməsi;
  • Lahiyələrin inzibatçılığının xüsusi proqram təminatı vasitəsi ilə avtomatlaşdırılmasına rəhbərlik edilməsi;
  • Layihələrin büdcə və vaxt qrafiklərinin icra olunmasına nəzarət edilməsi;
  • Layihə üzrə aparılan işlərin Cəmiyyətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
  • Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanması və təqdim edilməsi;
  • Maliyyə modellərinin hazırlanması və təhlili;
  • Cəmiyyətin maliyyə pozisiyasının təhlili və optimallaşdırma təkliflərinin hazırlanması;
  • Mədən sənayesi sektorunun təhlil edilməsi, bazar riski və imkanlarının qiymətləndirilməsi.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;
  • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar
  • Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • İqtisadiyyat, maliyyə, mühəndislik ixtisasları üzrə ali təhsil;
  • PMP sertifikatı və yaxud digər peşəkar təhsil sertifikatlarının olması;
  • Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.