Ruslan Əliyev abonentlərin müraciətlərini canlı cavablandıracaq

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımı planlaşdırılır.

İndex.az “Azəriqaz”a istinadən xəbər verir ki, canlı yayım iyunun 24-də saat 15:00-da baş tutacaq.

Abonentlər qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda baş direktora müraciətləri edə bilərlər.