Bu ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri ötən ilin eyni dövrünə nisbətən 30,9% artaraq 1 milyard 188 milyon ABŞ dolları təşkil edib.
İndex.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“İqtisadiyyatın şaxələndirilməsi tədbirləri nəticəsində qeyri neft məhsullarının ixracındakı müsbət tendensiya davam edir”, – deyə o, qeyd edib.