Naxçıvanda dövlət işçiləri məcburi iməciliyə cəlb olunurlar – İDDİA

Naxçıvan Muxtar Respublikasında hər həftənin şənbə günləri dövlət idarələrinin işçiləri məcburi iməciliyə cəlb olunurlar.

İndex.az xəbər verir ki, sözügedən iməcilikdən kadrlar Yeniavaz.com-un redaksiyasına təqdim olunub.

Qeyd edək ki, iməciliyə gəlməkdən imtina edənlərin işdən çıxarılmaqla hədələndiyi, işdən çıxarıldığı iddia edilir.
Bəzi qurumlarda isə sadəcə şənbə günü deyil, həftə içi də dövlət işçilərinin məcburi iməciliyə cəlb olunduğu bildirilir.