Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) faiz dəhlizi parametrlərinin sabit saxlanılması barədə qərar qəbul edib.
İndex.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Məlumata görə, uçot dərəcəsi 7,75%, dəhlizin aşağı həddi 6,25%, yuxarı həddi isə 9,25% səviyyəsində saxlanılıb.
Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı iyulun 29-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.