Xaricdən hibrid mühərrikli avtomobil idxalı 81% artıb

Azərbaycan 2022-ci ilin ilk dörd ayında idxal etdiyi hibrid mühərrkli avtomobillərin sayını 81.4 faiz artırıb.

İndex.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2022-ci ilin yanvar-aprel ayları ərzində xaricdən 5 082 ədəd minik avtomobil təyinarlı hibrid avtomobillər gətirilib. Bunun da idxal dəyəri 47.02 mln. ABŞ dolları təşkil edib.

Ölkəyə gətirlən e-karların sayı isə cəmi 130 ədəd (3.75 mln. dollar) təşkil edib ki, illik müqayisədə 5.4 dəfə artım deməkdir.

Qeyd edək ki, hesabat ilində Azərbaycana xaricdən 28 681 ədəd avtomobil gətirilib. Bunun 26 408 ədədi minik avtomobilləridir.