Azərbaycanlılar Türkiyədə nə qədər ev alıb?

Bu ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Türkiyədə 571 mənzil alıblar.

İndex.az Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 142 mənzil və ya 33,1 % çoxdur.

Təkcə may ayında isə Azərbaycan vətəndaşları qardaş ölkədə isə 118 mənzil alıb ki, bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 71 mənzil və ya 2,5 dəfə çoxdur.

Bu ilin 5 ayı ərzində Türkiyədə xarici vətəndaşlara 27 048, ötən ay isə 6 033 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 69,9 % və 3,4 dəfə çoxdur.

Mayda Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlara ötən ay 1 275, yanvar-may aylarında isə 3 962 mənzil satılıb.

Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 736, yanvar-may aylarında isə 3 897 mənzil alıb.

İlk 3-lüyü İraq vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə mayda 617, yanvar-may aylarında isə 3 218 mənzilə sahib olub.