Dövlət sosial sığorta haqları üzrə daxilolmalar 19%-dək artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 815 milyon 822,4 min manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 % və ya 285 milyon 131,9 min manat artıb, daxilolmalar üzrə proqnoz 157 milyon 656,6 min manat artıq icra edilib.

İndex.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilir ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 % artaraq 1 milyard 155 milyon 568,6 min manat təşkil edib, proqnoz 119,7 % icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 % artaraq 62 milyon 641,7 min manat olub, proqnoz 115,1 % icra edilib.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 20,5 % artaraq 46,2 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 125,6 % icra olunub.