Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada 1 920 nəfər vaksinasiya olunub.

İndex.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 274, ikinci doza vaksinlərin sayı 240 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 288-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 118 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 743 509, birinci doza peyvəndlərin ümumi sayı 5 350 763, ikinci doza vaksinlərin sayı 4 850 905 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 294 460, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 247 381 olub.