
Cümə axşamı Moskva birjasında valyuta ticarətinin əvvəlində rubl əvvəlki sessiyanın bağlanışı ilə müqayisədə dollar və avroya nisbətən möhkəmlənir.
İndex.az xəbər verir ki Moskva birjasında hərracların əvvəlində dolların məzənnəsi 1,3% azalaraq 58,63 rubla, avronun məzənnəsi isə 2,33% azalaraq 62,11 rubla düşüb.
Moskva birjasında dolların məzənnəsi mayın 25-dən bəri ilk dəfə 59 rubldan aşağı düşüb.