“Kontakt Home”da iş var

Marketinq üzrə menecer

Son tarix 07 iyl 2022 – Müraciət et

Vəzifə öhdəlikləri:

  • Brend təqdimatlarından, yeniliklərdən və məhsul funksionalından xəbərdar olması;
  • Bazar tələbatının, rəqiblərin aktivliklərinin öyrənilməsi;
  • Məhsulun hədəf kütləsinə uyğun reklam kampaniyalarının hazırlanması;
  • Reklam kampaniyalarının effektivliyinin ölçülməsi;
  • Partnyorlarla iş, ortaq layihələrin idarəsi;
  • Seqment üzrə analizlərin aparılması;
  • Məhsulların tanıtım, təqdimat kampaniyalarının təşkili.

Tələblər:

  • Ali təhsil;
  • Elektronika sahəsi üzrə (əsas çeşidlər, məhsul markaları, istehsalçılar və təchizatçılar) biliklər;
  • Müvafiq sahə üzrə iş təcrübəsi – 1 ildən;
  • Səlis Azərbaycan və Rus dili bilikləri, yaxşı səviyyədə İngilis dili biliyi;
  • Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
  • Analitik düşünmə qabiliyyəti;
  • Nəticə yönümlülük.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00;
  • Rəqabət qabiliyyətli əmək haqqı.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Hüquqşünas

Son tarix 07 iyl 2022 – Müraciət et

Vəzifə öhdəlikləri:

  • Nisyə satış müqavilələrindən irəli gələn məhkəmə mübahisələri üzrə məhkəməyə qədər ilkin sənədləşmə işlərinin aparılması;
  • İddia ərizələrinin tərtib edilməsi və məhkəmələrə təqdim edilməsi;
  • Məhkəmələrdə şirkətin nümayəndə qismində təmsil edilməsi və nümayəndəlik institutu ilə bağlı bütün səlahiyyətlərin həyata keçirilməsi;
  • Məhkəmə aktları əsasında şikayətlərin verilməsi;
  • İcraatında olan məhkəmə mübahisələrinin gedişi və nəticəsi barədə mütəmadi olaraq tabeliyində olduğu rəhbərinə yazılı və şifahi hesabatların təqdim edilməsi.

  • İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Logistik əməliyyatlar üzrə kiçik mütəxəssis

Son tarix 07 iyl 2022 – Müraciət et

Vəzifə öhdəlikləri:

  • Sifariş olunan və daşınan yüklərin qeydiyyatının aparılması;
  • Daşınma ilə bağlı zəruri sənədlərin toplanması, yoxlanması və aidiyyəti üzrə təqdim olunması;
  • Yüklərin daşınma xərclərinin qeydiyyatının aparılması;
  • Daşınma zamanı yaranmış əlavə xərclərin, cərimələrin qeydiyyatının aparılması;
  • Ödəniş üçün zəruri sənədlərin toplanması və yoxlanılması;
  • Nəqliyyatçılar, daşıyıcı şirkətlərlə yazışmaların aparılması;
  • Gömrük prosedurları üçün tələb olunan sənədlərin, nəqliyyat xərcinin təqdim olunması;
  • Lazımi sənədlərin maliyyə şöbəsinə təqdim olunması və sistemdə ödəniş üçün sorğu göndərilməsi;
  • Ödənişlərin icrasına nəzarət və bu barədə daşıyıcı şirkətlərə məlumatın təqdim edilməsi;
  • Sənədlərin əslinin və elektron surətlərinin arxivləşdirilməsi;
  • Daxil olan sorğular əsasında sənədlərin təqdim olunması, habelə, dövrü olaraq maliyyə şöbəsi ilə ödəniş üzləşmələrinin aparılması;
  • Bölmə rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, eləcə də, hesabatların hazırlanlanıb, təqdim olunması.

Tələblər:

  • Ali təhsil (Texniki və İqtisadi sahələr üzrə arzuolunandır);
  • Səlis Azərbaycan və Rus dili bilikləri, İngilis dili biliyi arzuolunandır;
  • MS Office, xüsusilə Excel proqramında sərbəst işləmə bacarığı;
  • Verilən tapşırıqları təyin olunmuş zaman kəsiyində icra etmək, yaranmış problemləri operativ həll etmək, eləcə də yüksək ünsiyyət bacarığı;
  • Punktuallıq və detallara diqqət etmə bacarığı;
  • Analitik düşünmə və təhlil etmə qabiliyyəti;
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması vərdişləri.

Əlavə üstünlüklər:

  • AR Gömrük Qanunvericiliyi üzrə biliklər;
  • Mühasibatlıq və kargüzarlıq sahəsində təcrübə;
  • Incoterms 2010/2020 bilikləri.