5 bankın rüblük faiz gəlirləri 30 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu ilin I rübündəki faiz gəlirləri 100 milyon manatdan çox olub.

İndex.az xəbər verir ki, bunlar “Kapital Bank” (139,95 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (119,076 milyon manat), “PAŞA Bank” (71,495 milyon manat), “Unibank” (37,307 milyon manat) ASC-lər, “Access Bank” QSC-dir (30,679 milyon manat).

Qalan 21 bankdan 7-də faiz gəlirləri 10-30 milyon manat arasında, 12 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.

Mənbə – Renkinq