
Masazırda kanalizasiya suyu, içməli su xətlərinin üzəri ilə axır.
Index.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Masazırda “Qurtuluş-93” deyilən ərazidən keçən yolda kanalizasiya suyu yolun üstü ilə axır, həmin yerdən isə içməli su xətti keçir.
Sakinlər bildirir ki, antisanitar vəziyyətlə bağlı dəfələrlə şikayət etmələrinə baxmayaraq problemlə maraqlanan olmayıb.