“Milan” klubu bu qiymətə satıldı

ABŞ-ın “RedBird Capital Partners” şirkəti İtaliyanın “Milan” klubunu satın alıb.

Şirkət bununla bağlı “Elliott Advisors UK Limited”lə razılıq əldə edib.

Klub yeni sahibinə yayda qovuşacaq.

Proses sentyabrdan gec olmadan başa çatacaq. Müqavilənin məbləği 1,2 milyard avrodur.

Qeyd edək ki, “Milan” 2021/2022 mövsümündə İtaliya çempionu olub.