“Xalq Sığorta” “Muğanbank”a dəyən ziyanı ödəmir

Bakı Kommersiya Məhkəməsində “Muğanbank” ASC -nin “Xalq Sığorta” ASC-yə qarşı iddiası əsasında məhkəmə prosesi keçirilib.

Hakim Leyla Əliyevanın sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.

Qərara əsasən, məhkəmə tərəfindən ekspertiza təyin olunub və icraat dayandırılıb.

Qeyd: “Muğanbank” ASC “Xalq Sığorta” ilə bağlı məhkəməyə müraciət edərək  maddi ziyanın ödənilməsi barədə tələb irəli sürüb. Lakin maddi ziyanın nədən ibarət olduğu açıqlanmayıb.

 

Pravda.az