
Ötən il İtaliyaya 9,7 milyard kubmetr Azərbaycan qazı təchiz edilib.
İndex.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirinin müavini Vannia Qava ilə görüşüb.
Görüşdə qaz təchizatı, enerji əməkdaşlığının prioritetlərini, həmçinin Hökumətlərarası Komissiyanın iclası ilə bağlı məsələləri müzakirə edilib.