“Ferrari V8” mühərriki ilə təchiz edilmiş motosiklet – VİDEO

Fərdi motosiklet istehsalçısı “Maksvell Hazan” qeyri-adi dizaynlar bölməsinə yeni bir model əlavə edib.

İndex.az xəbər verir ki, şirkət “Ferrari F355″in 3,5 litrlik “Ferrari V8” mühərrikini  motosikletə yerləşdiriblər.

1994-1999-cu illər arasında istehsal edilən “Ferrari F355” mühərriki 375 at gücü ilə bir dövrə damğasını vurub.

“Ferrari”nin normal olaraq bu mühərriklə əldə etdiyi maksimum sürət 295 km/saat civarında olsa da, bu gücün “Hazan”ın ultra yüngül motosiklet şassisi ilə necə performansa çevriləcəyi artıq maraq doğurur.