Çin ABŞ mallarına 34% rüsum tətbiq edəcək

ABŞ prezidenti Donald Trampın ikitərəfli tariflər çərçivəsində Çinə 34%-lik gömrük rüsumunu tətbiq etməsindən sonra Çin də ABŞ mallarına eyni tarif dərəcəsi tətbiq edəcəyini açıqlayıb.

İndex.az xəbər verir ki, ölkə aprelin 10-dan etibarən ABŞ mallarına 34% rüsum tətbiq edəcək.

Müvafiq bəyanatı rəsmi “Sinxua” agentliyi yayıb.