Cəmi 16 ədəd istehsal edilən “İphone”

“Caviar” “Notre Dame Katedrali”ndən ilhamlanaraq xüsusi “iPhone” modeli istehsal edib.

İndex.az xəbər verir ki, cəmi 16 ədəd istehsal edilən bu “iPhone 16 Pro Max”, 18 karat ağ qızıl və almaz detalları ilə hazırlanıb.

“Notr Dam”ın tarixini, faciələrini və bərpa prosesini əks etdirən bu xüsusi model texnologiya və sənəti bir araya gətirir.

128 GB versiyası 104 min 490 dollardan başlayan qiymətlərlə satışa çıxarılıb.

1 TB yaddaşa malik “iPhone 16 Pro Max” modeli isə 115 min 490 dollara satılır.