Alparslan Bayraktar: “Cənub Qaz Dəhlizinin potensialından tam istifadə edilməsinə hazırıq”

Türkiyə regional əməkdaşlığa çox böyük əhəmiyyət verir.

İndex.az xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.

“Bakı-Tbilisi-Ceyhan, TANAP vasitəsilə biz enerji təhlükəsizliyinin bütün region üçün vacibliyini göstərdik. Biz Azərbaycan və digər partnyorlarla əməkdaşlıq etməyə, həmçinin yaşıl enerjinin ötürülməsi sahəsində işləməyə hazırıq”, deyə nazir bildirib.

“Cənub Qaz Dəhlizinin potensialından tam istifadə edilməsinə hazırıq. Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan bu layihə üzərində birlikdə işləyir. Yaşıl dəhlizin qlobal mövqeyə sahib olacağına əminik, Türkiyə olaraq biz regiona və əməkdaşlığa dəstəyimizi davam etdirəcəyik”,- deyə nazir qeyd edib.