Fevralda Türkiyədə işsizlik 2012-ci ildən bəri minimuma enib

Türkiyədə fevralda işsizlik yanvardakı 8,4% və 2024-cü ilin fevralındakı 8,7%-dən 8,2% səviyyəsinə düşüb.

Bu barədə İndex.az ölkənin statistika institutunun məlumatına istinadən xəbər verir.

“Trading Economics” nəşri qeyd edir ki, bu, 2012-ci ilin iyulundan bəri minimum səviyyədir.

Fevralda işsizlərin sayı 95 min nəfər azalaraq 2,886 milyon nəfərə düşüb.

Əhalinin işçi qüvvəsində iştirak payı 53,2%-ə enib. Yanvarda bu göstərici 53,6% təşkil edib.