
Rusiya Ali Məhkəməsi aprelin ortalarında ölkədə “Taliban” hərəkatının fəaliyyətinə qoyulan qadağanın dayandırılması ilə bağlı Baş Prokurorluğun iddiasına baxacaq.
İndex.az bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
Məhkəmənin baxış iclası aprelin 17-nə təyin edilib. İşə bağlı qapılar arxasında baxılacaq.
Məhkəmə “Taliban”ın fəaliyyətinə qoyulan qadağanı dayandırsa, o zaman qərar qüvvəyə mindikdən sonra hərəkat terror təşkilatları siyahısından çıxarılacaq.