
2024-cü ildə Azərbaycan İspaniya iqtisadiyyatına 53,7 milyon ABŞ dolları birbaşa investisiya qoyub.
İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın İspaniya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,8 %-dən 3 %-ə çatıb.
Ötən il İspaniya isə Azərbaycan iqtisadiyyatına 7,1 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, əvvəlki ilə nisbətən 6 dəfə çoxdur.
İl ərzində İspaniyanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,1 % olub və yeni formalaşıb.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 1 milyard 762,7 milyon ABŞ dolları (2023-cü illə müqayisədə 43,45 % az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 7 milyard 46,2 milyon ABŞ dolları (5,8 % çox) təşkil edib.