
2024-cü ildə Lüksemburq Azərbaycan iqtisadiyyatına 26 milyon ABŞ dolları birbaşa investisiya qoyub.
İndex.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,2 dəfə çoxdur.
Hesabat dövründə Lüksemburqun Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,2 %-dən 0,4 %-ə çatıb.
İl ərzində Azərbaycan isə Lüksemburq iqtisadiyyatına birbaşa investisiya yatırmayıb.