BYD-nin bazar dəyəri 3 böyük şirkəti üstələdi

Çinin avtomobil markası olan BYD-nin bazar dəyəri 162 milyard dollara çataraq “Volkswagen”, “Ford” və “General Motors”un ümumi bazar dəyərini ötüb.

İndex.az xəbər verir ki, 1000 kilovat həcmində enerji doldurma texnologiyası şirkətin səhmlərini artırıb.

Elektromobillərin qısa bir müddətdə şarj edilməsinə imkan verən yeni şarj cihazını və “Super-e” platformasını açıqlayan BYD-nin bazar dəyəri 6% artaraq 162 milyard dollar olub.

Beləliklə, BYD-nin bazar dəyəri “Volkswagen” (66 milyard dollar), “General Motors” (49 milyard dollar) və “Ford” (39,4 milyard dollar) şirkətlərinin ümumi dəyərini üstələyə bilib.