“Azersun Holding”ə işçi axtarılır

Azersun Holding

Kofe məhsullarının tanıtımı üzrə mütəxəssis (Barista)

Son tarix 18 apr 2025 – Müraciət et

Vəzifə və öhdəli̇kləri:  

  • Qəhvə maşınlarından istifadə edərək müxtəlif qəhvə növlərinin (espresso, latte, cappuccino, flat white və s.) hazırlanması.
  • Tələblərə uyğun xüsusi qəhvə və içki reseptlərinin yaradılması.
  • İçki sifarişlərini sürətli və düzgün şəkildə hazırlamaq və təqdim etmək.
  • Kofe avadanlıqlarının təmizliyini və texniki xidmətini təmin etmək, gigiyena qaydalarına əməl etmək.
  • İstehlakçıya qəhvə və digər içkilər haqqında məlumat vermək və təkliflər irəli sürmək.
  • Mehriban və gülərüz xidmət göstərmək.
  • Kofe məhsullarının təqdimatı və tanıtımı – Baristalara və müştərilərə yeni kofe növlərini və onların xüsusiyyətlərini izah etmək.
  • Təlimlər keçmək və master-klaslar təşkil etmək, Kofe dəmləmə üsulları, dad profilləri mövzusunda baristalara peşəkar təlimlər keçmək.
  • Müştəri və tərəfdaşlarla iş – Müştərilərə kofeləri təqdim etmək, onların menyularına uyğun ən yaxşı seçimləri təklif etmək.
  • Bazar araşdırması aparmaq – Kofe sənayesində yeni trendləri izləmək, baristaların ehtiyaclarını müəyyənləşdirmək.
  • Kofe keyfiyyətinə nəzarət – İstifadə olunan kofe növlərinin və hazırlanma texnikalarının keyfiyyətini yoxlamaq.
  • Yeni kofe məhsullarının inkişafında iştirak – Brendin məhsul çeşidini artırmaq üçün yeni kofe növləri və qarışıqları sınaqdan keçirmək.
  • Təqdimat və tədbirlərdə iştirak – Kofe ilə bağlı sərgilərdə, müsabiqələrdə və tədbirlərdə təmsil etmək.
  • Ehtiyac duyulduqda baristalara yerində dəstək vermək – Onların suallarına cavab vermək və real iş şəraitində dəstək olmaq.

Tələblər:

  • Coffeeshop və mətbəxi üzrə ən az 1 il təcrübəyə sahib olmaq
  • Yüksək ünsiyyət bacarığına malik, müştəri yönümlü və komanda ilə işləmək bacarığına sahib olmaq
  • Qəhvənin yetişdirilmə bölgələri, növləri və qovrulma qaydaları üzrə biliklərə sahib olmaq
  • Qəhvə maşınlarının texnikaları, fərqli dəmləmə və təqdimat metodları haqqında biliklər
  • Müxtəlif qəhvə dənələri və dəmləmə üsullarını bilmək.
  • Sürətli və praktik həllər tapa bilən, intensiv iş mühitinə uyğunlaşa bilən olmalı
  • Espresso əsaslı içkilərə diqqət yetirməklə, qəhvə hazırlamaqda təcrübəyə sahib olma.
  • Gigiyena və təmizlik qaydalarına diqqət yetirmək.
  • Dəyişkən iş saatlarına uyğunlaşa bilmək.
  • Problem həll etmə bacarığı və stress altında işləmə bacarığı,
  • Detallara diqqət etmək və keyfiyyətə sadiqlik

İş şərtləri:

  • Həftə içi 5 gün iş günü (istirahət: Şənbə və Bazar günü)

İş yeri:

  • Bakı ş., 92A HEYDƏR ƏLİYEV PR.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kofe məhsullarının tanıtımı üzrə mütəxəssis (Barista)” qeyd etməyiniz xahiş olunur.