“Tesla” mağazasında yanğın baş verib, maşınlar kül olub

Fransanın Tuluza şəhərində “Tesla” mağazasında gecə saatlarında baş verən yanğında ən azı 12 avtomobilə ciddi ziyan dəyib.

İndex.az xəbər verir ki, səhər saat 04:00 radələrində hadisə yerinə gələn yanğınsöndürənlər yanğına müdaxilə edib.

Alov mağaza binasına keçməzdən əvvəl nəzarət altına alınarkən, 8 avtomobil tamamilə yararsız hala düşüb, 4 avtomobilə ciddi ziyan dəyib. Zərərin ümumi dəyərinin 700 min avronu (təxminən 760 min dollar) ötdüyü bildirilir.